• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 23.01.2019 14:33

Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq

KepezTV Player

Çoxmənzilli yüksək binalar və 3-4 mərtəbəli taun hauslar, eləcə də sosial və iaşə obyektləri. Söhbət Gəncədə salınacaq və şəhərin ümumi görnüşünə əlavə rəng qatacaq yaşayış massivlərindən gedir.

Elxan Məmmədov - Gəncə şəhərinin baş memarı: Deməli bu qəsəbələrdə yeni tipli məktəblər, uşaq baxçaları olacaq. Bu il üçün şəhərmizdə 3 məktəb və 2 uşaq baxçasının inşası nəzərdə tutulub. Ola bilsin ki, bu bunların bir hissəsi yeni salınacaq qəsəbəldə inşa olunacaq.  

Qərb istiqamətdən girişdə salınacaq qəsəbə üçün 50 hektar, digəri üçün 150 ha ərazi ayrılıb. Şəhərdə qəzalı vəziyyətdə olan binalarda yaşayanlar və infrastruktur layihələrin icrası zamanı evlərindən köçürülən ailələrin də yeni qəsəbələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Elxan Məmmədov - Gəncə şəhərinin baş memarı: Satış şərtləri çox sərfəli olacaq. Sadə insanlar ayda hər hansı bir cüzi məbləğ ödəməklə o mənzilləri əldə edə biləcəklər.

Tikinti işlərinin aparılmasına Mənzil İnşaat Dövlət Agentliyi də cəlb olunacaq.

Elton Cabbarlı