• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1347
— 23.01.2019 13:31

Alban kilsəsində partladıcı tapılıb

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Erkəc kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə qədim Alban kilsəsinə baxış keçirilib. 1 ədəd B-30 partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.