• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 22.01.2019 10:03

5G ilə cərrahiyyə əməliyyatı keçirilib

Çində dünyada ilk dəfə olaraq beşinci nəsil mobil rabitə şəbəkəsindən - 5G-dən istifadə edilməklə distant cərrahiyyə avadanlığının sınağı keçirilib. Testdə iştirak edən Futszyan əyalətinin həkimi idarəetmə mərkəzindən 50 km uzaqda yerləşən əməliyyat otağındakı laboratoriya heyvanının qaraciyərini çıxarıb. Həkimin idarəetmə qurğusu və cərrahiyyə otağındakı robot arasında siqnalın ötürülməsi vaxtında yubanma 0,1 saniyə təşkil edib.

Tədqiqatçılar bildiriblər ki, siqnalın yüksək sürətlə ötürülməsi potensial ölümcül tibbi səhvlər riskini azaltmağa imkan verəcək. Onlar ümid edirlər ki, 5G şəbəkəsindən istifadə edilməklə distant cərrahiyyə tezliklə insanların müalicəsi üçün daha təhlükəsiz olacaq.