KepezTV Player
Qanlı yanvar hadisələrin ildünümü Gəncə ASAN Xidmət Mərkəzində də anılıb. 29 il bundan öncə ölkə paytaxtında əliyalın əhaliyə qarşı güc tətbiqinin illərdir mövcud olan sovet ittifaqının süqutunu bir qədər də sürətləndirdiyi vurğulanıb. İlk dəfə olaraq məhz ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaltdığı diqqətə çatdırıldı. Canlarından keçən vətən övladları isə müstəqillik arzusunun reallığa çevrilməsinə nail olublar. Gəncə ASAN Xidmət Mərkəzinin könüllülərinin hazırladıqları kompazisiyada bu obrazlı şəkildə öz əksini tapdı. Həmin gecə baş verənlərin yaşatdığı ağrı-acı, xalqımızın qəhrəmanlığı, sınmaz iradəsi gənclərin ifasında təqdim olundu.
- Baxış: 664