KepezTV Player
Paytaxtın Səbail rayonu ərazisindəki parkların birində naməlum şəxs Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib. Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Heydər Həsənov çatıb. Onun hadisəyə çevik və operativ reaksiyası nəticəsində quldurluq edən şəxs cinayət başında zərərsizləşdirilib. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
- Baxış: 377