• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 16.01.2019 10:01

Maşınlar arası MÜHARİBƏ BAŞLADI: avtopilotlu Tesla rusların robotunu vurdu

Amerikanın Las-Veqas şəhərində qeyri-adi yol hadisəsi baş verib. Bunu avtonom maşınlar arasında baş verə biləcək müharibənin ilk əlamətləri kimi qələmə vermək olar. Gecə vaxtı avtopilot vəziyyətdə idarə olunan Tesla elektromobili, təsadüfən yol kənarında olan Promobot adlı robotu vurub. Bu robot Rusiya istehsalıdır. Promobot beynəlxalq sərgi üçün bu şəhərə gətirilmişdi. Qəzaya qədər bir neçə robot sərgiyə tərəf gedirdilər, amma yıxılan robot naməlum səbəblərdən marşrutdan yayınıb. YouTube-da paylaşılan görüntülərə görə Tesla robotu vurur və yoluna davam edir. İstehsalçılarsa robotun ciddi zədə aldığını və bərpa oluna bilməyəcəyini açıqlayıblar. Ona görə bu hadisəni müəyyən qədər “ölümcül” qəza adlandırmaq olar. Tesla qəzadan sonra 50 metr gedib və dayanıb. İçəridə olan Corc Kalderanın sözlərinə əsasən o adamların olmadığı küçədə avtopilotu işə salıb və gözlənilmədən qarşıya robot peyda olub. Kaldera baş vermiş hadisəyə görə təəssüflənib və istehsalçılardan üzr istəyib.