• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 15.01.2019 16:50

“Kəpəz” yoxlama oyununda uduzdu

KepezTV Player

Futbol üzrə I Divizionun iki iştirakçısı – “Turan Tovuz”la “Kəpəz” yoxlama oyununda qarşılaşıb. Birincilərin meydanında keçirilən görüş klubların çempionatın ikinci dövrəsinə hazırlığı çərçivəsində baş tutub. Hər iki komanda toplanışa yeni başladığından qarşılaşma təlim-məşq müddətində həm ev sahibləri, həm də qonaqlar üçün ilk yoxlama oyunu olub. Qərb derbisinin nəticəsinə gəlincə, 90 dəqiqə tovuzluların qələbəsi ilə yekunlaşıb. Hər hissədə bir qol vuran  Eltay Aslanovun yetirmələri 2:0 hesabı ilə qalib gəlib. Xatırladaq ki, bu komandalar arasında çempionatın ilk dövrəsində Gəncədə reallaşan görüşdə də “Turan Tovuz” qələbə qazanmışdı. “Kəpəz” qış hazırlığı dövründə daha 3 yoxlama matçı keçirəcək. “Sarı-göylər” yanvarın 19-da səfərdə “Ağsu”nun qonağı olacaq. Gəncə klubu ayın 25-də “Keşlə”nin, 30-da isə “Qarabağ”ın ikinci komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək.

Azad Rəfi