KepezTV Player
Saatlı rayonunun Fətəlikənd kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 4 yaşlı Vidadi Fətəliyev evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı hadisə yerində boğulub ölüb. Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 387