• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 14.01.2019 14:25

Boksçuların təlim-məşq toplanışı davam edir

KepezTV Player

Yeni ilin ilk təlim-məşq toplanışında olan kişi boksçulardan ibarət Azərbaycan millisi artıq 1 həftədir ki, Göygöl Olimpiya İdman Kompleksində məşq edir. Yığma yeni baş məşqçi Vaqif Şirinovun rəhbərliyi altında qarşıdan gələn mühüm yarışlara hazırlaşır. Belə ki, hazırlıq prosesi fevralda Rusiyada keçiriləcək beynəlxalq sparinq görüşlərə və Bolqarıstanda reallaşacaq A kateqoriyalı turnirə hazırlıq xarakterlidir. Millinin Göygöl toplanışına 26 dəri əlcək ustası dəvət edilib. Heyətdə Azərbaycan boksunun demək olar ki, bütün aparıcı simaları yer alıblar. Bununla belə yığmada itkilər də var. Belə ki, Məhəmmədrəsul Məcidov və Cavid Çələbiyev Göygöldəki təlim-məşq toplanışına zədə səbəbindən qatılmayıblar. Millinin toplanışı yanvarın 27-də başa çatacaq. Boks üzrə böyüklərdən ibarət Azərbaycan yığması ilk dəfə Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir. Bundan öncə ötən il gənc boksçular eyni məkanda təlim-məşq toplanışında olub.

 

Orxan Cəfərzadə