KepezTV Player
Paytaxtda Xətai Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalovu saxlayıblar. Araşdırmalarla onun ötən ilin noyabr-dekabr aylarında “Hyundai” və “BMW” markalı iki avtomobilin şüşəsini sındırıraq salondan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan 3 ədəd noutbuk oğurladığı məlum olub. Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 364