KepezTV Player
Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri keçirilib. Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş, Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı, torpağa basdırılmış “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd sandıqça aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 454