KepezTV Player
Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb. Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 28 yaşlı Rəcəb Mirzəyev yaralı halda evə gəlib. O, əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanıb.
- Baxış: 353