Ötən il Mərkəzi Qan Bankının Gəncə bölməsinə nigaha girmək istəyən 1055 nəfər qan nümunələrinin yoxlanması üçün müraciət edib. Həmin şəxslərdən 48-inin talasemiya daşıyıcısı, 2 nəfərin sifilis, 2-sinin isə İnsanın İmmunçatışmazlığı Virusu daşıyıcısı olduğu aşkarlanıb. Nikaha girən cütlüklərin hər birindən bölmənin ümumi laboratoriyasında hər biri 3 qram olmaqla 3 nümunə götürülür. Protokollaşdırılan qan nümunələrindən biri Gəncədə, digər ikisi isə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müayinə olunur. Əsasən talassemiya, QİÇS və sifilis xəstəliklərinə görə yoxlanılan qan nümunələrinin cavabları iki həftə ərzində məlum olur və nigaha girən cütlüklərə arayış fomasında verilir. Tibbi müayinələrin nəticələrini təsdiq edən arayış 1 ay müddətində etibarlı sayılır.
Tahirə Məmmədova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin baş həkimi – “Tibbi müayinənin əsas məqsədi ondan ibarətdir ki, talasemiya xəstələrin sayı azalsın və sıfıra ensin. Aparılan müayinələrin nəticələri onu göstərir ki, müsbət effekti var. Əhali maarifləndirilir, tibbi müayinələrin nəticələri cütlüklərə verilir. Onlarda özləri qərar çıxardır. Biz məlumat veririk ki, hər iki tərəfdə daşıyıcılıq varsa bu cütlükdən mütləq xəstə uşaq doğula bilər. Belə olanda ya nigah ləğv olunur ya da öz qərarlarını verirlər”.
Elnur Vahidoğlu
- Baxış: 504