• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 10.01.2019 15:50

Goranboyda pambıq sahələri azalıb, təsərrüfatçılarla yeni müqavilələr bağlanır

KepezTV Player

Ötən il Goranboyda 5 min ha sahədə pabıq əkilib və 9 min 136 ton ağ qızıl tədarük olunaraq məntəqələrə təhvil verilib. Orta məhsuldarlıq hər hektardan 18.2 sentner olub. 2019-cu məhsul ili üçün rayonda əkiləcək pambıq üçün fermerlərlə müqavilələrin bağlanılmasına başlanılıb. Bu günə kimi rayonda fəaliyyət göstərən 3 pambıq qəbulu məntəqəsi 1898 hektar sahədə pambıq əkəcək 400 fermerlə müqavilə bağlayıb. Hazırda pabıq əkiləcək sahələrdə şum işləri və qış aratı aparılır. Ötən ildən fərqli olaraq bu il rayonda 3 min hektarda pambığın becərilməsi nəzərdə tutulur.

Mustafa Pirimov  fermer: “ 2018-ci ildə 12 hektarda pambıq əkmişdim. Hardasa 45 ton pambıq yığıdım təhvil verdim pambıq məntəqəsinə. 2019-cu məhsul ili üçün hazırda sahələrin şumlanmasını aparırıq. 18.5 hektar üçün müqavilə bağlamışam.   

Yasin Məmmədov  Goranboy Rayon İH-nin baş məsləhətçisi: “Bu günkü günə qədər qəbul məntəqələrinə təhvil verilən pambığın dəyəri fermerlərə ödənilmişdir. Yığım tam yekunlaşdıqdan sonra stimullaşdırma qməqsədilə hər kiloqram pambığa görə, 10 qəpik olmaqla subsidiyanın ayrılmasıda təmin olunacaqdır.

Xaliq Qurbanlı