Paytaxtın Nizami rayonunda yerləşən mənzillərdən birindən naməlum şəxs tərəfindən içərisində 5000 manat,1500 dollar, 750 avro və müxtəlif sənədlər olan seyf naməlum şəraitdə oğurlanıb. Zərərçəkən bu barədə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisə ilə bağlı araşdırmalara başlanılıb. Qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı sakini Sadiq Abbasov saxlanılıb. O, ifadəsində zərərçəkənin tanışı olduğunu və bir neçə ay əvvəl həmin evdə qonaq olan zaman mənzilin açarlarından birini oğurladığını bildirib. Zərərçəkənin mənzildə olmadığı biləndən sonra Abbasov həmin açarlar vasitəsilə evə daxil ola bilib.Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
- Baxış: 450