KepezTV Player
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərdən bu dəfə Daşkəsəndə danışılıb. Rayonun Polis əməkdaşları “Narkomaniyaya yox deyək!” adlı tədbirlə məktəbliləri maarifləndirib. Narkotik vasitələrə alüdəçilik, onun insan sağlamlığı üçün yaratdığı təhlükələr, narkomanlığa qarşı aparılan mübarizədən danışılıb. Narkomaniyanın cinayətkarlığın artmasına təkan verdiyi vurğulanıb və gənclərə “narkomaniyaya yox” deməyə, mənəvi kamilliyə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yaşamağa çağırış edilib. Görüşdə dini radikalizm mövzusuna da toxunularaq kənar təsirlər altına düşməmək üçün polis-məktəb-ailə əlaqəsinin əhəmiyyəti vurğulanıb.
Natiq Hüseyn
- Baxış: 1116