Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, bu gün Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olub. Gəmidə olan 13 nəfərdən 2-i Azərbaycan vətəndaşıdır. Onların taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliiyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, ekipaj üzvlərindən olan Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi Məmmədəli İbrahimov dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb. Digər Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat İsmayılovdur.
- Baxış: 473