Bundan başqa xəstəxana üçün yeni ərazidə müasir şəraiti olan binanın tikilməsi üçün müvafiq dövlət qrumlarına müraciətlər də olub.
Ötən il xəstəxanaya müraciət edənlərdən 14 minə yaxınına ambulator, 500-dən çoxuna isə stasianar yardım göstərilib. İnfeksion, nevraloji, mədə-bağırsaq, ürək damar, qan təzyiqi xətəlikləri çoxluq təşkil edib. 6 şöbəsi olan xəstəxananın ilin sonuna kimi daha bir şöbəsi açılacaq.
Səadət Əliyeva - Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi – “Məktubla nazirliyə üç aydı ki, müraciət etmişik, doğuş şöbəsini açmaq planınımız var. Baxıblar müsbət rəy veriblər. Bizdə hər bir şərait var. Laboratoriyada kauloqramma aparatı yox idi, onu almışıq və tam qüvvəsi ilə işləyir. Savadlı həkimlərimiz var. Biz şöbənin açılmasına tam hazırıq”.
Kəlbəcərli məcburi köçkünlərin kompakt məskunlaşdıqları Gəncədəki yeni qəsəbədə də xəstəxananın açılması gündəmdədir.
Səadət Əliyeva - Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi – “Bizim kəlbəcər sakinləri şəxsi imzaları ilə Qackınkoma, Prezident aparatına və icra hakimiyyətimizə müraciət ediblər. Yeni qəsəbə salınır və onlar istəyir ki, yeni qəsəbədə xəstəxana açılsın. Xəstəxana əgər olarsa bizim savadlı həkimlərimiz var. 209 işçimiz var, bunlardan da 22 nəfər həkimdir. 72 nəfər orta tibb işçisi qalanı isə aşağı tibb işçisidir. Xəstəxana açılsa hər bir kəlbəcərli başqa yerlərə getməz və Bakı şəhərinə gediş azalar”.
Xəstəxananın Murovdağda və 1 saylı Yeni qəsəbədə məntəqələri var. Səyyar birqadalar vasitəsilə kəlbəcərlilərin məskunlaşdıqları yaşayış məntəqələrində də səyyar müyinələr aparılır.
Elnur Vahidoğlu
- Baxış: 674