• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 07.01.2019 13:23

Maşın inəyi vurdu, sürücü yaralandı

KepezTV Player

Sabirabadda yola çıxan inək qəzaya səbəb olub. Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Azadakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Neftçala rayon sakini, 53 yaşlı Ağahüseyn Ələkbərov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qəfil yoluna çıxan inəyi vurub. Zərbənin təsirindən avtomobilin ön şüşəsinə çırpılan inək ölüb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sürücü isə Salyan Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.