KepezTV Player
Astarada ər və arvad bir-birini bıçaqlayıb. Astara şəhərində Şahağacı kənd sakini 38 yaşlı Yeganə Hüseynova ilə qeyri-rəsmi nikahda yaşadığı Təngərüd kənd sakini 33 yaşlı Kamin Hüseynov arasında münaqişə yaranıb. Bu zaman Yeganə Hüseynova meyvə qabındakı bıçaqla həyat yoldaşının boyun nahiyəsinə xəsarət yetirib. Zərərçəkən bıçağı onun əlindən alaraq qadına 4 zərbə vurub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 553