KepezTV Player
Tovuzda “Gənclər narkomaniyaya yox deyir!” mövzusunda dəyirmi masa olub. Rayon Polis şöbəsinin əməkdaşları narkomaniya ilə mübarizə, bu sahədə görülən işlər və statistik göstəricilər, narkotik maddələrdən qanunsuz istifadə barədə danışıblar. Narkomanlığın yayılmasına qarşı mübarizənin gücləndirilməsi, narkotik əleyhinə maarifləndirmə işi, bu xəstəliyə düçar olan şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılmasının diqqətdə saxlanılmasının vacibliyinə toxunulub. Mübarizə tədbirlərinə təhsil ocaqları, hüquq–mühafizə orqanları və tibb müəssisələri yanaşı, bütövlükdə ailə və cəmiyyətin birgə təsirinin əhəmiyyəti önə çəkilib.
Natiq Hüseyn
- Baxış: 661