• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1425
— 04.01.2019 14:09

“Həmrəylik görüşü” sülhlə bitdi

KepezTV Player

“Kəpəz” Peşəkar Futbol Klubunun kollektivindən ibarət komanda ilə Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun əməkdaşları arasında futbol oyunu keçirilib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan qarşılaşma elə “Həmrəylik görüşü” adlanıb. Rəqibin heyətində baş konsul Zeki Öztürk başda olmaqla konsulluqda çalışan diplomatlar və digər işçilər yer alıblar. “Kəpəz”də isə əsas komandanın məşqçilər korpusunun üzvləri və klubun rəsmiləri meydana çıxıblar. “Offside” futbol meydançasında maraqlı və gərgin mübarizə şəraitində keçən oyun belə görüşlər üçün xarakterik olan heç-heçə ilə yekunlaşıb-5:5. Gələcəkdə digər önəmli təqvim günlərində də belə qarşılaşmaların keçirilməsi planlaşdırılır. 

 

Azad Rəfi