• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 28.12.2018 14:55

Gəncə İdman Klubu başa çatmaqda olan 2018-ci ilə yekun vurub

KepezTV Player

Bu münasibətlə klubun yerləşdiyi Gənclər Evində tədbir keçirilib. Şəhərin idman ictimaiyyətinin nümayədələrinin, idmançıların, məşqçilərin və valideynlərin qatıldığı tədbirdə il ərzində əldə olunan uğurlardan bəhs olunub. Gəncə İdman Klubunun bir illik fəaliyyəti dövrünə nəzər salınmaqla  idman ocağının yetirmələrinin beynəlxalq və Respublika səviyyəli yarışlarda iştirak etdiyi və Nizami yurduna mükafatlarla qayıtdığı bildirilib. Klubun üzvlərinin müxtəlif idman növləri üzrə turnirlərdə nəticələr qazandığı diqqətə çatdırılıb. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında idman məktəbləri və cəmiyyətlər kimi klublarında inkişafında maraqlı olduqlarını vurğulayıb.

Tədbirdə 2018-ci ildə uğur əldə edən idmançılar və onların yetişməsində, nəticə qazanmasında əməyi olan məşqçilər mükafatlandırılıb. 9 idmançı və 5 mütəxəssisə fəxri fərman və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Gəncə İdman Klubunda cüdo, karate, qaydasız döyüş, sambo, kikboksinq, gimnastika və digər idman növləri üzrə məşq qrupları fəaliyyət göstərir.

 

Azad Rəfi