• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 27.12.2018 20:36

Şəmkirdə qəza baş verib, ölən və yaralananlar var

KepezTV Player

Bu gün saat 14:45 radələrində Şəmkir-Kür qəsəbəsi avtomobil yolunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində  ölümlə nəticələnən qəza baş verib.Qədimqala kənd sakini Binnət Kazımov “Daimler Chrysler” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşını yolun kənarındakı qəbiristanlığa aşırıb. Nəticədə sərnişin İsrafil Ələsgərli hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişini - Göyçək Musazadə isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Yaralılardan birinin vəziyyəti orta-ağır, digərininki isə nisbətən yüngül qiymətləndirilir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.