40 min hektar ərazini əhatə edən Samux Dövlət Ovculuq Təsərrüfatında bu ilin arxada qalan dövründə 10 qanun pozuntusu aşkar olunub. Ölkə ərazisində ov mövsümünun açıq elan olunması bu təsərrüfata aid deyil.
21 min quru ərazini, 19 min su hövzəsini əhatə edən Samux Dövlət Ovculuq Təsərrüfatı xüsusilə ov mövsümündə gücləndirilmiş iş rejimində çalışır. Məqsəd Kür çayının sağ və sol hissəsinin, eləcə də Mingəçevir Su anbarına qışlamaq məqsədilə xaricdən köç edən su bataqlıq quşlarının mühafizəsini aparmaqdır.
Interşum - Ərazinin monitorinqi zamanı Mingəçevir su anbarının sahilində və köçəri quşların daha çox miqrasiya etdiyi ərazidə süni yolla yaradılan ovçu koması aşkar edildi və tərəfimizdən zərəsizləşdiriləcəkdir.
Hazırda ərazidə qırmızı kitaba düşən 30 növ su bataqlıq quşlarının və 20-ə yaxın məməlinin mühafiəzi təmin olunur. Azərbaycan faunansının incilərindən sayılan ceyranların da Kür ovalığında və Boz dağ silsiləsində yaşamına nəzarət, eləcə də brakonyerlərdən qorunması üçün təsərrüfa tərəfindən işlər aparılır.
Ramin Nəsirli - Samux Dövlət Ovçuluq Təsərrüfatının müfəttişi “2018-ci ilin 11 ayı ərzində təsərrüfat ərazisində 10 qanun pozuntusu aşkar edilib əməkdaşlar tərəfindən və onlar barəsində inzibati tədbir görülüb. Bunlardan 4 hal ov qaydalarını pozulması, 6 hal isə təbiətə dəymiş ziyanla bağlıdır. Üzümü ovçulara tutaraq bildirmək istəyirəm ki, mövsümdən asılı olmayaraq Samux Dövlət Ovculuq Təsərrüfatı ərtazisində ov etmək qanunla qadağan edilmişdir.”
Ovculuq Təsərrüfatının tabeliyində olan Şəmkir Dövlət Təbiət Yasaqlığında da məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul, kəklik, turac və müxtəlif su quşların 10 000 hektar ərazidə mühafizəsi aparılır.
Xaliq Qurbanlı
- Baxış: 584