Şəmkirdə "Bağça Uşaqlarının Rəqs Müsabiqəsi" baş tutub. İlk dəfə reallaşan müsabiqəyə 52 bağça qatılsa da seçimlərdən sonra onlardan 20-si finala vəsiqə qazanıb. Qrup və fərdi rəqslər üzrə qalib gəlmək üçün milli havalarla yanaşı ayrı-ayrı xalqların rəqsləri də nümayiş etdirilib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən Kür qəsəbə 1 saylı körpələr evi uşaq bağçasının komandası hamıdan yaxşı nəticə göstərib. Sonda nominasiyalar üzrə qaliblərə rayon icra hakimiyyətinin kubok və xatirə hədiyyələri təqdim olunub.
Kənan İbrahimov - Şəmkir Gənclər Mərkəzinin direktoru: Müsabiqənin keçirilməsində əsas məqsəd milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi və inkişaf etdirilməsi, istedadlı uşaqları aşkar edərək onların inkişafının istiqamətləndirilməsinə töhfə verməkdir.
Natiq Hüseyn
- Baxış: 345