KepezTV Player
Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd göstərən şəxs cinayət başında yaxalanıb. Dekabrın 25-də saat 03.26 radələrində Gəncə şəhəri ərazisindəki notariat kontorlarının birindən Gəncə Regional Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən oranın pəncərə şüşəsinin sındırılması aşkar edilib və oğurluğa cəhd göstərən şəxs yaxalanıb. Nizami Rayon Polis İdarəsinə təhvil verilən şəxsin Göygöl rayon sakini Etibar Hüseynov olduğu müəyyən edilib.Araşdırma aparılır.
- Baxış: 1103