Jaguar Land Rover şirkəti avtomatik açılan qapıların sistemi üzərində sınaqlara başlayıb. Öz işi üçün o yaxınlaşma sensorları və kilidsiz giriş texnologiyasından istifadə edib. Sensorlar sürücü tərəfdən obyekti izləyə və müvafiq bildirişi alətlər panelinə çıxara bilər. Əsasən fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan sistem avtomatik olaraq sahibinin üzünü müəyyən edir və maşına yaxınlaşdıqda sürücünün jestlərilə qapını açır. Salondan qapını örtmək üçün konsolda yerləşən düyməni basmaq lazımdır.
- Baxış: 594