Hər kəsə məlumdur ki, Tesla tamamilə elektriklə işləyən maşındır. Sosial şəbəkələrdə isə bir xanım sürücünün sahibi olduğu Tesla avtomobilini benzinlə təmin etmək istəməsi ilə bağlı video görüntülər yayılıb. Qadın bir neçə dəfə buna cəhd edib. Bu vəziyyət yaxınlıqdakı maşının sürücüsü gələnədək davam edib. Tesla Model S P100D-in sürücüsü əvvəlcə yanacaq çəninin girişini axtarıb, hətta salonda düymələrdən birini basaraq səhvən baqajı açıb. Daha sonra kiməsə zəng vurur. Elə bu anlarda onu videoya qeydə şəxş yaxınlaşır və bildirir ki, Tesla elektrokardır.
- Baxış: 438