• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 25.12.2018 14:51

Səudiyyə Ərəbistanı Krallığının qurban əti payları Gəncədə aztəminatlı ailələrə çatdırıldı

KepezTV Player

«Qurban əti istifadəsi» layihəsi çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ölkəmizə  12 tondan artıq qurban ətindən ibarət yardım göndərib. İslam İnkişaf Bankı xətti ilə çatdırılan yardım Gəncə və Mingəçevir şəhərləri və Goranboy rayonunda məskunlaşan məcburi köçkünlərə paylanılmasına başlanılıb. Adiyyatı üzrə verilməsi üçün qurban ətləri ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib və ilk olaraq prosesə Gəncədə məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdən başlanılıb. Bu cür humanitar, inkişaf və xeyriyyə məqsədli layihələr Səudiyyə Ərəbistanı Krallığının, dinindən, dilindən və irqindən asılı olmayaraq dünyanın hər yerində yaşayan aztəminatlı və ehtiyacı olan insanlara təmənnasız yardımı çərçivəsində həyata keçirilir.

Məmduh əl-Cərbu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili:Bu layihə Səudiyyə Ərəbistanının qardaş müsəlman ölkələrinə dəstəyi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində müsəlman ölkələrində yaşayan və ehtiyacı olan adamlara qurban ətləri paylanılır ki, bununla da müsəlman ölkələrinə öz qardaşlıq yardımımızı həyata keçirmiş oluruq.

Əhməd Rəbba İslam İnkişaf Bankının nümayəndəsi: Gətrilən ətlər ötən həcc mövsümündə həcilər tərəfindən kəsilən heyvanların ətləridir. Bir neçə bölgədə ətlərin paylanması həyata keçiriləcək. Məqsədimiz az təminatlı və ehtiyacı olan ailələrə yardım etməkdir. Layihə 27 müsəlman ölkəsində həyata keçirilir. Ümumi ölkələr üzrə 1 milyon heyvan cəmdəyi yardım olaraq paylanılır. Azərbaycan da həmin ölkələrdən biridir.