• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 25.12.2018 14:08

Yük maşınları toqquşaraq aşıb, yaralılar var

KepezTV Player

Yevlax rayonu Salahlı kəndi ərazisində baş vermiş qəzada 4 nəfər yaralanıb.2 yük maşının toqquşması nəticəsində xəsarət alan şəxslər Təcili Tibbi Yardım vasitəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanası yerləşdiriliblər. Xəsarət alan şəxslər Yevlax rayonu Aran qəsəbə sakinləri 25 yaşlı Rəşad Ədilzadə, 40 yaşlı İlqar Sərdarov, 44 yaşlı Natik Məhərrəmov və 28 yaşlı Orxan Zeynalovdur. Onlardan üçünün xəsarətləri ciddi olmadığından ilkin tibbi müayinədən sonra evə buraxılıblar. Orxan Zeynalovun isə xəsarəti ağır olduğundan müalicəsi davam etdiriləcək. Faktla bağlı araşdırma aparılır.