Gəncədə qəza olub. Şəhər sakini, 69 yaşlı Solmaz Nəbiyevanı avtomobil vurub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsi zamanı ona çanaq sümüklərinin çoxsaylı yerdəyişmiş qəlpəli sınığı diaqnozu qoyulub. Tibbi yardım göstərilən xəstə Renimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Elton Cabbarlı
- Baxış: 476