• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 24.12.2018 14:13

“Qoşqar” əzmkar heç-heçə etdi

KepezTV Player

Həvəskar futbolçulardan təşkil olunan komandalar arasında keçirilən Region Liqasında 10-cu turun oyunları reallaşıb. Tur çərçivəsində Şimal-Qərb  zonasında “Qoşqar” Gəncədə Oğuzun eyniadlı kollektivi ilə qarşılaşıb.

Çempionatda ilk qələbəsini ötən tur Qax səfərində qazanan və bundan ilhamlanan gəncəlilər nəhayət ki, evdə də azarkeşləri 3 xalla sevindirmək məqsədi ilə meydana çıxıblar. Aqil Əliyevin yetirmələri rəqibdən üstün oynayaraq ilk yarıda çoxsaylı qol epizodları yaradıblar. Bütün hallarda vəziyyətləri boş verən komanda “vurmayan vurarlar prinsipi ilə” cəzalanıb. Fasilədən sonra “Oğuz” ilk təhlükəli hücumda hesabı dəyişib. Buraxılan qoldan sonra ciddi-cəhdlə məğlubiyyətdən yaxa qurturmağa çalışan “dağlılar” son nəticədə istəklərinə çatıblar. 18 yaşlı mərkəz yarımmüdafiəçisi İntiqam Tağıyev epizodların birində cərimə meydançasında kobudluqla dayandırıldığından hakimin ağ nöqtəni göstərməkdən başqa çarəsi qalmayıb. Hərbi xidmətə yollanmağa hazırlaşan zərərçəkən topun başına keçərək zərbəni dəqiq yetirinə yetirib və qolunu əsgər salamı ilə qeyd edib.  – 1:1.  

Beləliklə, “Qoşqar” doğma meydanda qələbəsiz oyunlar sindromuna sadiq qalıb. Bu komanda ilə bağlı digər uğursuz ənənə ev oyunlarında bir qayda olaraq start fitinin gecikməsidir. Belə ki, bu dəfə azakreşlərin matçın başlaması üçün düz 50 dəqiqə gözləməli olublar.

Azad Rəfi