Şəmkir rayonunun Ceyrançöl adlanan ərazisində müxtəlif diametrli 260 metrə yaxın boru oğurlanıb. Rayon Polis Şöbəsinin Cinayət Axtarış və Kür polis bölmələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İsgəndərli kənd sakini Yaşa Çitadze saxlanılıb. Çitadze uzun müddət İsgəndərli kənd bələdiyyəsinin sədri olub.
Natiq Hüseyn
- Baxış: 701