• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 21.12.2018 10:03

Roma Papasının Lamborghinisi lotereyaya çıxarıldı

Onlayn xeyriyyəçilik platforması Omaze yeni lotereya oyununda unikal Lamborghini Huracan superkarını baş mükafat elan edib. Vatikanın bayrağı rəngində bəzədilən maşın Roma Papası Frasiskə hədiyyə edilmişdi. Amma daha sonra hərracda 809 375 avroya satılmışdı. Lamborghini şirkəti superkarını katolik xristianların dini liderinə ötən il bağışlamışdı. Hərracda satılan maşının pulunu İraqda xristian icmalarının və kilsələrin bərpasına, eləcə də xanım miqrantlara və tibbi kömək üçün Afrika sakinlərinə xərclənib. İndi isə bu superkarı qazanmaq üçün azı 10 dollar ödəmək tələb olunur.