• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 20.12.2018 16:00

Gəncənin bədii gimnastları bu il 15 medal qazanıblar

KepezTV Player

Bədii gimnastika üzrə Gəncə komandasının üzvləri bu il bir sıra yerli və beynəlxalq səviyyəli yarışlarda iştirak edərək 15 müxtəlif əyarlı medal qazanıblar. Nizami yurdunun gimnastları son olaraq Bakıda keçirilən ardıcıl yarışlarda – Azərbaycan birinciliyi, “Regionlar Kuboku” və “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açıq birinciliyində güclərini sınayaraq doğma şəhərə mükafatlarla dönüblər. Xatırladaq ki, Gəncədə bədii gimnastika üzrə məşq bölmələri 10 ildən çoxdur ki, fəaliyyət göstərir. 

Larisa Aulina, məşqçi: “Bizdə sayı 30-40 arası qızlar gimnastika ilə məşqğul olur. Bölmədə bacarıqlı, istedadı olan uşaqlar var. Onların üzərində işləyirik, qarşıdakı yarışlara hazırlayırıq. Bu ilki uğurlarımız arasında 6 yetirməmizin yığmaya namizədlər sırasına düşməsini qeyd edə bilərik. Qızlar perspektivlidilər. Bu növə maraqları həddindən artıq çoxdur. Gimnastlar bütün çətinliklərə sinə gərirlər”.

Azad Rəfi