• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 19.12.2018 20:03

Minik maşını ilə yük avtomobili toqquşdu

KepezTV Player

Şəkidə də qəza olub. Hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" və "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə minik maşınının sürücüsü, Şəki rayonun Aşağı Göynük kənd sakini, 41 yaşlı Vüsal Abdurəhmanov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.