Bu gün günorta saat 14:00 radələrində Gəncə-Toğanalı avtomobil yolunun Hacıkənd qəsəbəsi ərazisində keçən hissəsində ağır tonnajlı yük avtomobili qəzaya uğrayıb. Kəlbəcər sakini Əsgər Muradzadə beton qarışdıran yük avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə Caməddin İbarhimovun sükanı arxasında olduğu “VAZ 2107”, daha sonra isə Tural Atayevin idarə etdiyi “VAZ 2106” ilə toqquşub. Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib. Həmçinin “VAZ 2107”-nin sürücüsü Caməddin İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini kafi qiymətləndirirlər. “VAZ 2106”-nın sürücüsü Tural Atayevin sözlərinə görə, qəzaya beton qarışdıran yük avtomobilinin sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Qeyd edək ki, sözügedən yolda qəza zamanı hava dumanlı olduğundan avtomobillərin hərəkətində müəyyən çətinliklər olub.
Telman Feyzullayev - həkim: Xəstə müayinədən keçirildi. Müayinə zamanı sol tərəfdən ikinci, ücünçü qabırğaların yerini dəyişmiş sınığı aşkarlandı. Xəstə şöbəyə yerləşdirilib. Müayinə və müalicəsi davam etdirilir.
Tural Atayev - VAZ2106-ın sürücüsü Gəncə istiqmaətindən Çaykənddə gedirdim. Oda qarşıdıan bərk gəldi birinci qabaqdakı maşını vurdu sonrada keçib məni vurdu. Sürətli gəlirdi saxlaya bilmədi. Tormuz verdi saxlaya bilmədi.
Natiq Hüseyn
- Baxış: 906