• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 990
— 17.12.2018 14:28

Juboksinq citsu üzrə Gəncənin açıq birinciliyi keçirilib

KepezTV Player

Yarışda 4 şəhər və rayonun idmançıları güclərini sınayıblar. Birinciliyin  açılış mərasimində bu idman növü üzrə bölmələrin ölkəmizdə 9 ildir ki, fəaliyyətə başladığı qeyd olunub. Yeni yaranmasına baxmayaraq juboksinqin qısa müddətdə populyarlıq qazandığı və gündən-günə marağın daha da artdığı diqqətə çatdırılıb. Rəsmi hissədən sonra açıq birinciliyə start verilib. Mübarizələrdə 100-dən çox idmançı bacarığını göstərib. Uşaq, yeniyetmə və gənclər arasında keçirilən yarışda Gəncədən olan döyüşçülərlə yanaşı, Goranboy, Qazax və Mingəçevir idmançıları da iştirak edib.

Açıq birincilik daha nüfuzlu yarışlara vəsiqə xarakterli olub.

Yarışın yekunlarına əsasən Gəncə komandası mükafatların sayına görə bütün rəqiblərini qabaqlayaraq 1-ci yerə layiq görülüb. 2-ci pillədə Qazax, 3-cü sırada isə Goranboy idmançıları qərarlaşıb.

 

Orxan Cəfərzadə