• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1780
— 17.12.2018 13:30

Partlayışda xəsarət alan digər iki azyaşlı da dünyasını dəyişdi

Masallı rayonunda evdə baş verən partlayışda xəsarət alan azyaşlıların digər ikisi də dünyasını dəyişib. Respublika Yanıq Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bədəninin 85 faizi yanan, 8 yaşlı Məhəmməd Müseyibov və 12 yaşlı Sənan Kərimov ölüb. Masallı rayonu Sığıncaq kənd sakini Günel Kərimovanın evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan azyaşlılar - Əli Müseyibov, Sənan Kərimov və Məhəmməd Müseyibov ağır yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi. Xəsarət alanlardan 13 yaşlı Əli Müseyibov həmin gün xəstəxanada dünyasını dəyişmişdi. Faktla bağlı Masallı rayon Prokurorluğunda açılan cinayət işi üzrə istintaq davam edir.