Təhsil nazirliyi tərəfindən ümumtəhsil müəssiələrinin 9-ci sinif şagirdləri üçün bu gün sınaq imtahanı keçirilib. Gəncədə təşkil edilən 8 imtahan mərkəzində 135 dəqiqəlik prosesə 3136 şagird qatılıb. Şagirdlər bu vaxt ərzində riyaziyyat, azərbaycan dili və xarici dil üzrə 90 sualı cavablandırıblar. Sınaq imtahanlarında bilik və bacarıqlarını 2640 nəfər azərbaycan, 496 isə rus bölməsinin məktəbliləri sınayıb. Bu tədris ilində nəzərdə tutulan buraxılış imtananlarına hazırlıq məqsədi daşıyan sınaq imtahanın nəticələri təhsil nazirliyi tərəfindən yoxlanıldıqdan sonra elan olunacaq.
Söhrab Hacıyev Gəncə şəhər Metodik Mərkəzin direktoru: “Əsas məqsəd ondan ibarətdir ki, 9-ci sinifdə təhsil alan şagirdlərinin gələcək imtahanlara hazırlıq məqsədi daşıyır. Həmdə şagidlərin bilik və bacarıqlarını yoxlanılması və səviyyələrin müəyyən edilməsidir. Yəni sınaq həmdə ilkin diaqnoztik qiymətləndimədə sayıla bilər.”
Xaliq Qurbanlı
- Baxış: 652