• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3168
— 14.12.2018 14:08

Mehdi Salmanov: “Məqsədimiz Qazaxda futbolun yaşamasıdır”

KepezTV Player

Qazax Azərbaycanda futbol ənənələrinin olduğu bir rayondur. Vaxtilə SSRİ Çempionatının ikinci dəstəsində çıxış etmiş “Göyəzən” əfsuslar olsun ki, indi heç də yaxşı günlərini yaşamır. Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan Çempionatının elitasında mübarizə aparan komanda hazırda Region Liqasında yarışır. “Göyəzən” ardıcıl ikinci mövsümdür ki, həvəskar statuslu turnirdə top qovur. Uzun illər I Divizionun iştirakçısı olan qərblilər əvvəlki günlərin həsrəti ilə yaşayaraq ən azından aşağı dəstədə çıxış etməyi arzulayırlar.

Mehdi Salmanov, “Göyəzən”in vitse-prezidenti: “Məqsədimiz Qazax futbolun yaşamasıdır. Gələcəkdə ola bilsin ki, Premyer Liqada komandaların sayı artsın və biz keçmiş adımızı qaytaraq. Yaxşı uşaqlar var, gərək oynasınlar ki, inkişaf etsinlər. Regionda nə qədər oynamaq olar? Ən azından birinci dəstəyə adlamaq lazımdır”.

 

Orxan Cəfərzadə