• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3093
— 13.12.2018 15:52

Şəmkirdə futbol festivalı keçirilib

KepezTV Player

AFFA-nın və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində futbol festivalı keçirilib. Festivalın tənəli açılış mərasmində çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb. Layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili olduğunu vurğulanıb. Eyni zamanda, yeniyetmə və gənclərdə futbola və idmanın digər növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu bildirilib. Rəsmi hissədən sonra yerli idman məktəblərində futbolun sirlərini öyrənən yeniyetmələrin topla çalışmaları olub. Uşaqlar həmçinin  ikitərəfli oyunlarda da güclərini sınayıb. Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.

Kərim Ağayev layihənin əlaqələndiricisi: Bu uşaqlarda daha böyük maraq yaradacaq. Onaları futbol oynamağa futbol oyunlarına getməyə zövq edəcək. Bizdə çalışırıq ki əlimizdən gəlini edək nə məqsədimiz var onları həyata keçirək.

Natiq Hüseyn