Dövlət başçısının müvafiq sərəncamı əsasında icra olunan özünüməşğulluq proqramından Goranboyda 161 ailə yararlanıb. Nəticədə ailələr fərdi təsərrüfatlarını və fərdi bizneslərini qurmaqla özünüməşğulluğa, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmağa nail olublar. Digər tərəfdən bu kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradıb. Əsasən heyvandarlıq, quşçuluq və xidmət sahəsini əhatə edən müraciətlərin daha çox olduğu Goranboy rayonunda aztəminatlı ailələrin108-nin təminatı aparılıb. 52 ailəyə qoyun, 52 ailəyə inək və 3 ailəyə isə ətlik istimqaətdə iri buynuzlu heyvan verilib. Yerdə qalan aztəminatlı ailələrə bu ilin sonuna qədər aktivlərlə təmin olunacaqlar.
Əliyəddin Məmmədov – aztəminatlı: “2016-cı ildən Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata durdum. Özünüməşğulluq proqramında iştiak elədim və layihəm keçərli oldu. Çox sağolsunlar mənə 20 qoyu və 1 erkək verdilər.
Nemət Ələkbərov – aztəminatlı: “Aztəminatlı ailəyik, 3 uşağım var. Biri orta məktəbdə oxuyur, ikisi universitetdə. Məvacibimiz az olduğu üçün çətinlik çəkirdik. İşsiz olduğun üçündə rayon Məşğulluq mərkəzinə müraciət etmidim bir neçə il bundan əvvəl. Sağolsunlar Özünüməşğulluq layihəsinə mənidə cəlb etdilər və 2 boğaz inəklə təmin elədilər, onlıardan da 2 bala almışıq.
Xaliq Qurbanlı
- Baxış: 497