• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2999
— 11.12.2018 16:18

Gəncəli şahmatçı “Baku Open”də fərqlənib

KepezTV Player

Şahmatçıların növbəti “Baku Open” turniri arxada qalıb. Yarışda 10-dan çox ölkənin iti zəka sahibləri iştirak edib. Nüfuzlu turnirə Gəncədən İlyas Qarayev də qatılıb. Nizami yurdunun perspektivli şahmatçılarından olan 14 yaşlı yeniyetmə paytaxtda uğurlu nəticə göstərərək öz reytinqi üzrə 2-ci yeri tutub. Qarayev bu günədək bir sıra nailiyyətlərə imza atıb. Şahmatçı şəhər və zona birinciliklərinin qalibi olmaqla yanaşı, 14 və 16 yaşadək yeniyetmələr arasında şahmat olimpiadalarının bürünc medalına da yiyələnib.

Orxan Cəfərzadə