KepezTV Player
Lənkəranda ana öz körpəsini bətnində öldürüb. hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib. 18 yaşlı Xədicə Bəşirova 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb. O, bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də uşağın ölməsi üçün dərman qəbul edib. Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
- Baxış: 388