![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Intel%20Artificial%20Intelligence%20Tech%20Helps%20Users%20Maneuver%20Wheelchairs.png?itok=ORjZrcPI)
Braziliyanın Hoobox Robotics şirkəti tərəfindən Intel ilə əməkdaşlıq çərçivəsində hazırlanmış Wheelie 7 aparatı sağlamlıq imkanları məhdud şəxslərin öz əlil arabalarını üz ifadəsi ilə idarə etməsinə kömək məqsədilə süni intellektdən istifadə edir. Müasir mühərriklə təchiz edilmiş əlil arabaları adətən korpusa bərkidilmiş coystik və ya sensorlar vasitəsilə idarə olunur. Wheelie aparatında tətbiq edilmiş süni intellekt istifadəçinin gülüşünü və başqa jestlərini avtomatik tanıyır. Mobil proqramın köməyi ilə sifətin hər hansı bir ifadəsini bu və ya digər hərəkətlə əlaqələndirmək olar. Süni intellekt, həmçinin insanın öskürməsini və ya asqırmasını əmr kimi qəbul etməmək üçün onu "tanıyır".
- Baxış: 308