KepezTV Player
Gəncə Dövlət Universitetində qərb bölgəsi üzrə orta və ali məktəblərdə alman dili fənnini tədris edən müəllimlər üçün seminar - təlimlər keçirilib. Alman dilini tədris edən müəllimlərin nəzəri və praktiki fəaliyyətlərində qarşılaşdıqları problemləri müəyyən etməyə yönələn təlim cəmiyyətdə gənclərin alman dilinə olan marağı nəzərə alınaraq təşkil edilib. Bunun müqabilində ümumtəhsil məktəblərində və universitetlərdə bu dildə tədrisinin azalması səbəblərini müəyyənləşdirmək və yaranan paradoksun aradan qaldırılması da məqsəd olaraq qarşıya qoyulub. Təlim - seminarlar almaniyalı və avstriyalı mütəxəssilərin iştirakı ilə 3 müxtəlif mövzunu əhatə edib.
- Baxış: 362