• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 10.12.2018 14:30

Mütəxəssislər tərəfindən 2 yeni tut ipəkqurdu cinsi yaradılıb

KepezTV Player

Daha çox məhsuldar olan cinslər ipəklilik göstəricilərinə görə də standartlarına uyğun gəlir.

Yeni məhsuldar ipəkqurdu cinsləri Heyvandarlıq Elmi Tətqiqat  İnstitutunun  Baramaçılıq laboratoriyasında aparılan tədqiqatların nəticəsi olaraq ərsəyə gəlib. İpəkçi seleksiyaçılar tərəfindən yaradılan cinslərdə qrenanın dirilməsi, diri baramanın və onun pərdəsinin orta kütləsi standartlar daxilindədir. Dövlət sort sınağının nəticələri bunu deməyə əsas verir.

Rasimə Hüseynova - Baramaçılıq laboratoriyasının elmi işçisi – “Bu il bizim laboratoriyamızda yeni iki cins yaranıb. Bu “Muğan 1” və “Muğan 2” cinsləridir. Onlar öz bialoji və texnaloji göstəricilərinə görə əvvəlkilərdən fərqlənir”.

Baramaçılıq laboratoriyasının işçiləri tərəfindən qərb bölgəsində fəaliyyət göstərən kümçülərə maarifləndirici təlimlər də keçirilir, onlara məsləhət və tövsiyələr verilir. Eləcə də kümçülər laboratoriyanın xidmətlərindən də istifadə edirlər.

Kafiyə Savadova - elmi işçi – “Kümçülər ən çox bizə qurd dövründə qurddarın xəstəliyini müayinə eləməkdən ötrü müraciət edirlər. Biz qurddardan götürürük, mikroanalizdən əzib həmin qurddarın xəstəliyini müyəyyən edirik. Əgər qurdda xəstəliyə rast gəlinirsə biz kümçüyə məsləhətlərimizi veririk ki, bunları kənarlaşdırıb tullayıb yandırmaq lazımdır. Sağlam qrenalardan əmələ gələn qurdları saxlamaq lazımdır”.

Baramaçılıqda yem təchizatı məqsədilə bu il 4 hektar ərazidə yeni çəkil bağı salınıb. Bu bağın məhsullarından gələn ilin elmi tədqiqat işləri zamanı yem bazası kimi istifadə olunacaq.

Namiq Həsənov - laboratoriya müdiri – “Bu 4 hk ərazidən 100 tona qədər yarpaq məhsulu olacaq ki, bunun laboratoriyadan artıq qalan hissələrdə kümçülərə əvəzsiz olaraq veriləcəkdir. Bu da bizim baramaçılığın inkişafı üçün atdığımız ilk addımlardan biri olacaq”.

İnstitutun genofondunda  82  ipək qurdu cinsinin saflığı qorunur və saxlanılır. Bu cinslərin 52-i yerli, 30 isə xaricidir.

Elnur Vahidoğlu