• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 07.12.2018 14:07

“Kəpəz” kubokda mübarizəni ilk mərhələdə dayandırdı

KepezTV Player

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Gəncənin “Kəpəz” klubu ölkə kuboku uğrunda mübarizəyə ilk mərhələdən qoşulub. 1/8 final mərhələsində “sarı-göylər” doğma meydanda Premyer Liqada yarışan “Səbail”i qəbul edib.

Ötən həftə Bakı klubunun I Divizionda yarışan əvəzedici komandasını Gəncədə məğlub etməyi bacaran Etibar İbrahimovun yetirmələrinin elita təmsilçisinə gücü çatmayıb. Oyunda qonaqların böyükhesablı qələbəsi qeydə alınıb. Birinci hissənin əvvəlində Tomi Kitanovskiylə hesabı açan Bakı klubu fasiləyə az qalmış Aqşin Qurbanlının zərbəsi ilə fərqi artırıb. Rəqibə müqavimət göstərməyə çalışan “Kəpəz” ikinci yarıda Səbail futbolçularının daha iki dəfə fərqlənməsinə mane ola bilməyib. Orxan Qurbanlı və Ağabala Ramazanov məhsuldar zərbələrin müəllifi olub - 0:4.

Oyunun sonlarına yaxın Etibar İbrahimov 15 yaşlı Ümid Səmədovu meydana buraxmaqla bir daha gənclərə şans yaratdığını və gələcəyin komandasını qurmağa hazırlaşdığını ortaya qoyub. Elə həmin Səmədov Azərbaycan kubokunda debütünü qolla qeyd etməyə yaxın olsa da zərbəsi dəqiq alınmayıb.

Beləcə meydan sahibləri kubokda mübarizəni bir görüşdən ibarət olan ilk mərhələdə dayandırıblar.

 

Azad Rəfi